COP29 üçün hansı küçə və prospektdə çəkilən zolaqlar avtobus zolağına çevrilib? VİDEO Xəbər saytı Son xəbərlər və Hadisələr

27.11.2024

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxda bəzi küçə və prospektlərdə COP29 zolağı qüvvədən düşsə də, bəzi ərazilərdə həmin zolaq avtobusların istifadəsinə verilib.

Bu, o deməkdir ki, digər nəqliyyat vasitələri həmin zolağa daxil ola bilməz. Belə ərazilərdən biri Neftçilər prospektidir. Burda prospektin hər iki istiqamətində tədbirdən qabaq çəkilən COP29 zolağından ictimai nəqliyyat istifadə edir.

Yerüstü Nəqliyyat Agentliyindən o da bildirildi ki, ayın 25-nə qədər həmin zolaqların çoxu qüvvədən düşdüyü üçün zolaqlar silinib, 5.9 yol nişanı da ərazidən götürülüb.

Sürücülərin əksəriyyəti isə həmin zolağın ictimai nəqliyyata verilməsindən xəbərsizdirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью