Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. COP29 ümid Sammitidir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "War on Want" təşkilatının direktoru, britaniyalı fəal Asad Rehman "İqlim ədaləti uğrunda qlobal kampaniya" mövzusunda panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, insan hüquqlarının və ədalətin təmin edilməsi bərabərlik və hörmətə əsaslanan cəmiyyətin inkişafı üçün vacibdir.
"Biz burada ümid və ədalətə sadiq qalaraq, bir araya gəlmişik və bu mesajların bütün dünyada eşidilməsini istəyirik.
Biz görürük ki, müasir çağırışlar - ədalət axtarışı, insan hüquqlarının və qanunun aliliyinin qorunması kimi əsas dəyərlər bütün xalqlar üçün hələ də ən vacib təməl prinsiplərdir.
BMT və Beynəlxalq məhkəmələr tərəfindən tanınan beynəlxalq hüquq bizi qlobal sülh, insan hüquqları və cavabdehlik üçün fəaliyyətə çağırır.
Bu prinsiplər bizi birləşdirən universal dəyərlərdir və daha yaxşı gələcək üçün meyar rolunu oynayır", - o bildirib.
"Biz sülh və əməkdaşlıq səylərini dəstəkləyirik. Qlobal vətəndaş cəmiyyətinin nailiyyətləri və müxtəlif ölkələrin insan hüquqlarının müdafiə