COP29 un həqiqətən də uğurlu olduğunu qeyd etməliyik | Icma.az
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır.
Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.” Bunu iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 30 illik yubileyini qeyd edərək Bakı Ekspo Mərkəzində keçirildi.
Hər il keçirilən “Caspian Oil and Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir.
Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib.
Azərbaycanda ilk ixtisaslaşdırılmış neft-qaz sərgisinin təşəbbüskarı, qlobal neft-qaz şirkətlərini Azərbaycan neft-qaz sənayesinin inkişafına cəlb etmək üçün bu sərgini yaxşı platforma hesab edən Ümummilli Lider Heydər Əliyevdir.
O vaxtdan etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi.
Tam oxu
Xəbəri oxu