Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qlobal miqyasda iqlim dəyişikliyi müasir dünyanın üzləşdiyi ən ciddi problemlərdən biridir.Bu problemlə mübarizə məqsədilə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası çərçivəsində hər il keçirilən COP tədbirləri xüsusi əhəmiyyət daşıyır.
2024-cü ildə keçirilən COP29 konfransı isə iqlim dəyişikliyinə qarşı daha sərt və təsirli tədbirlərin qəbul edilməsini hədəfləyir.Azərbaycan “Paris Sazişi” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır.
Bu da sözügedən mötəbər tədbirin Azərbaycanın hüquq sistemində müəyyən dəyişikliklərə yol açacağına zərurət yaradır.Bəs COP29 Azərbaycan hüquq sistemində hansı dəyişikliklərə yol açacaq?Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, COP29 dövlətlərin iqlim dəyişikliyi ilə mübarizədə öhdəliklərini yerinə yetirməsi üçün beynəlxalq əməkdaşlığı gücləndirməyi hədəfləyir:"Əsas məqsədlər karbon emissiyalarının azaldılması, "sıfır karbon" hədəfinə çatmaq üçün fəaliyyət planlarının hazırlanması, bərpa olunan enerji mənbələrinin payının artırılması, iqlim dəyişikliklərinə davamlı iqtisadi və sosial sistemlərin qurulması, ekoloji münaqişələrin həlli və bu sahədə hüquqi mexanizmlərin gücləndirilməsidir.
Bu hədəflər Azərbaycanın milli qanunvericilik sisteminə və idarəetmə siyasətinə təsir göstərərək müxtəlif islahatları tələb edir.
Ölkəmiz “Paris Sazişi” çərçivəsində 2030-cu ilə qədər karbon emissiyalarını 35%-ə qədər azaltmaq öhdəliyi götürüb.
Bunun üçün bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, sənaye və nəqliyyatda ekoloji standartların tətbiqi kimi tədbirlər həyata keçirilir.
COP29-un nəticələri bu hədəflərin daha da gücləndirilməsinə və icra mexanizmlərinin yenidən qurulmasına səbəb ola bilər".A.Məmmədli qeyd edib ki, COP29-la bağlı qərarların tətbiqi ətraf mühit qanunlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını tələb edəcək:"Bu dəyişikliklərə sənaye müəssisələri üçün karbon emissiya limitlərinin müəyyən edilməsi və bu limitlərin pozulması halında sərt sanksiyaların tətbiqi, karbon emissiyalarını azaltmaq üçün çirkləndirici müəssisələrdən alınan vergilərin artırılması, plastik və digər zərərli tullantıların azaldılması üçün qanunların sərtləşdirilməsi daxildir".Ayxan Məmmədli: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə lider ölkə kimi mövqeyini möhkəmləndirəcəkMüsahibimiz Azərbaycanın enerji sektorunda bərpa olunan mənbələrin payını artırmaq məqsədilə hüquqi dəyişikliklərin tətbiqinin gözlənildiyini deyib.