Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq. Dünən FIFA-nın prezidenti Canni İnfantinonun Bakıya səfəri oldu.
Prezident İlham Əliyevlə görüşən İnfantinonun vətənimizə təşrifi COP29 tədbiri ilə bağlı olsa da… Xəbərə diqqət edək: “Canni İnfantino BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Bakıya səfəri zamanı Canni İnfantinonu FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsini tutan Elxan Məmmədov müşayiət edib”.
*** Kiçik araşdırma apardıq və bundan əvvəlki COP tədbirlərinə hansısa futbol adlarının, təşkilatlarının qatılması hallarına az da olsa, rast gəldik, lakin məhz FIFA rəhbəri səviyyəsində iştirak rastımıza çıxmadı.
Bəs əcəba, İnfantino “FIFA Elxan” ləqəbi ilə tanınan Elxan Məmmədovu da yanına salıb (yaxud əksinə), Bakıya niyə gəlib? FIFA hara, COP hara?
Ritorik sualdır… İki ildir ki, arzulanmaz şəkildə ölkədən qaçaq düşən Məmmədovun FIFA-da vəzifə tutmasına rəğmən, adının xoş çəkilməməsi əbəs deyil.
AFFA-nın uğursuz fəaliyyəti və çoxsaylı şübhəli məqamlar Məmmədovu ölkə futbolunda “persona non-qrata”ya çevirmişdi.
Cəzalanması gözlənərkən, sanki “görünməz əl” onu FIFA-ya apardı.