Icma.az, Sia Az portalına istinadən məlumat verir. COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçiril
Bunun da mütləq əksəriyyətini - 60 mindən çoxunu xaricilər təşkil edir.
Burada 3 mindən çox xarici media nümayəndəsinin akkreditasiyası və qeydiyyatı həyata keçirilib.
SİA olaraq dünyanın müxtəlif ölkələrindən gələn xarici qonaqların Azərbaycan və COP29 haqqında fikirlərini öyrəndik.
"Fominov Consulting" şirkətinin direktoru Yuriy Fominov: ""Fominov Consulting şirkəti" Azərbaycan bazarında fəaliyyət göstərən sistem inteqratrıdır və COP29 tədbirində biz yaşıl texnologiya həlli ilə iştirak edirik.
Tərəfdaşımız sərgidə Amerikanın rəsmi saxlanc sistemləri üzrə provayderi olan "Pristori" şirkətidir.
"Pristori" şirkətinin həlli daha az atqılar və daha az enerji istifadəsi ilə təxminən 80% enerjini azaltmaqla yaşıl enerji texnologiyasını dəstəkləməklə iqlim dəyişikliyinə müsbət fayda vermiş olur.
COP29 tədbirində iştirak etmək bizim şirkətimiz üçün qürurvericidir.