Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
COP29 Azərbaycanın yaşıl enerji sahəsində rolunu artırmağa kömək edəcək.
Milli.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Qonşu ölkəmiz, dost ölkəmiz Azərbaycanın COP29-a ev sahibliyi etməsi sadəcə möhtəşəmdir.
Bu, əlbəttə ki, Azərbaycanın bu sahədə rolunun artmasına kömək edəcəkdir. Prezident İlham Əliyev dünən əla çıxış etdi.
Konfrans mükəmməl təşkil olundu. Azərbaycandan olan dostlarımızı bu hadisə münasibətilə təbrik etmək istərdik", - o bildirib.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.