Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bütün COP tədbirləri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası da (COP29) yerli əhalinin bəşəriyyətin gələcəyi ilə bağlı məlumatlandırılması məqsədi daşıyır.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, iqlim dəyişiklikləri ilə mübarizə qlobal əhəmiyyət daşımaqla yanaşı, regionların və fərqli dövlətlərin bu məsələdə aktiv mövqeyini ortaya qoyur: “Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə aktiv fəaliyyət həyata keçirən ölkələrdən biri olaraq bu prosesə töhfə verir.
COP29-dakı müzakirələr həm onlayn, həm də ənənəvi yerli mediada ciddi şəkildə izlənildi.
Bu da vətəndaşlarımızın məlumatlandırılması baxımından vacibdir.
Bundan başqa, iqlim dəyişiklikləri ilə mübarizədə yerli məlumatlandırılma səviyyəsi və proseslərə daha məsuliyyətli, çevik yanaşma çox vacibdir”.
Vüqar Bayramov Deputat dövlət və özəl sektorların tərəfdaşlığı və sosial sahibkarlığın inkişafı məsələlərinin önəmini də vurğulayıb: “COP29-da fərqli panellərdə özəl sektorun rolunun artırılması və sosial korporativ məsuliyyətinin gücləndirilməsi öz əksini tapmışdı.