Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıq olacaq.
Eləcə də, Turist Məlumat Mərkəzi həmin tarixlərdə 10:00-dan başlayaraq, saat 22.00-dək ziyarətçilərə aşağıdakı xidmətləri təqdim edəcək: * Piyada və elektromobil ilə qrup və ya fərdi turlar; * İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti.
Qədim sənətkarlıq növlərinin yaşadılıb-öyrədildiyi “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin emalatxanası hər gün 09:00-dan 18:00-dək açıq olacaq.
Sərgi salonunun iş saatları isə tədbir günlərində 09.00-22.00 əhatə edəcək.
Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun ev-muzeyi COP29 günlərində saat 09.00-dan 18.00-dək fəaliyyət göstərəcək.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxil olan Qala qəsri, Açıq səma altında muzey, “Tullantıdan sənətə” muzeyi COP29 günlərində saat 10.00-18.00 arası fəaliyyət göstərəcək.
Əlavə olaraq, beynəlxalq tədbirin qonaqları üçün xüsusi turlar təşkil olunacaq.