GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri Konfransı (COP29) başa çatdı.
Nəzərə alaq ki, bu tədbir Ermənistanın rəsmi razılığı ilə Bakıda baş tutdu, lakin onlardan fərqli olaraq biz heç nə qazanmadıq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, İrəvanın COP29-dan iki gözləntisi olub: “Birincisi, beynəlxalq aktorların aktiv təzyiqləri nəticəsində Azərbaycanın konstruktiv kursa qayıdacağı və Ermənistanın minimum itkilərlə sülh müqaviləsini imzalayacağını gözləyirdik.
İkincisi, konfransdan öncə gözləyirdik ki, Bakı xoşməramlı niyyətin təzahürü kimi həbsdə saxlanılanları (separatçı liderlər – red.) azad etsin.
Lakin biz heç nə qazanmadıq. Əksinə Azərbaycan beynəlxalq tədbirdən istifadə edərək mövqelərini gücləndirdi.
Hətta COP müddətində İrəvana qarşı Beynəlxalq Haaqa Məhkəməsində yeni ittihamlar irəli sürdü.