COP29 zolaqları bu gündən qüvvəsini itirib

25.11.2024

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gündən ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar öz qüvvəsini itirib.

Artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanları sökülüb və xətlərin silinməsi işləri aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью