COP29 zolaqları bu tarixdən qüvvədən düşəcək

23.11.2024

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 25-dən COP29 zolaqları qüvvədən düşmüş hesab ediləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumatda deyilir ki, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.

“Bu məqsədlə AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb.

Yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq.

25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək”, - deyə məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью