COP29 zolaqları noyabrın 25dən qüvvədən düşəcək Azərbaycanda özəl xəbərlər, araşdırmalar, …
Icma.az, Azxeber.com saytına istinadən bildirir. Noyabrın 25-dən COP29 zolaqları qüvvədən düşmüş hesab ediləcək.
Bu barədə AZXEBER.COM-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumatda deyilir ki, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.
"Bu məqsədlə AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb.
Yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq.
25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək", - deyə məlumatda qeyd olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu