Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“COP konfranslarının keçirilməsində əsas məqsəd; Yer kürəsində iqlim dəyişikliklərinin, quraqlığın, su çatışmazlığının, ekoloji tarazlığın pozulmasının və ətraf mühitin çirklənməsinin önlənməsidir.
Bu məsələ, nə Azərbaycanın, nə də hansısa ölkənin milli məsələsi deyil. COP-da həlli axtarılan problemlər qlobal məsələlərdir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb.
Deputat təəssüflə qeyd edib ki, COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edilən andan, bəzi Qərb dairələri Azərbaycan əleyhinə qarayaxma və böhtan kampaniyasına start verdilər, belə bir humanitar prosesi siyasiləşdirməyə cəhd etdilər.
Nəsib Məhəməliyev “Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Bakıya gəlməməsinin səbəbi də siyasi xarakter daşıyır.
Ətraf mühitin çirklənməsində ən çox pay sahibi Çin, ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Avropa İttifaqına daxil olan, sənaye baxımdan inkişaf etmiş ölkələrdir.
İqlim dəyişiklikləri ilə bağlı problemlərin həllində əsasən iki məsələ durur.