COP29a gələn dünya məşhurları SİYAHI/YENİLƏNİR

15.11.2024

Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. COP29 noyabr ayının 22 kimi davam edəcək. COP29 dünyanın bir çox liderləri və dövlət adamları iştirak edir. Bununla yanaşı COP29-da iştirak edən məşhurlarda az deyil.

“Operativ Media” COP29-da iştirak edən məşhurları təqdim edir:

COP29 çərçivəsində Azərbaycana gələn məşhur braziliyalı futbolçu Ronaldinyo Qauço müxtəlif tədbirlərdə iştirak edib.


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaxşı niyyət səfiri olan məşhur ingilis aktyor Teo Ceyms Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edib.

Məşhur fotojurnalist Reza Deqati də  Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) iştirak edənlər siyahısındadır.

Hindistanlı yoqa ustası və mistik Sadhquru COP29-da iştirak edir

Sosial media fenomeni, influenser Max Klymenko COP29-da iştirak edib.

Qeyd edək ki, yaxın günlərdə tanınmış türkiyəli mütəxəssis Fatih Terim COP29-da iştirak edəcək. "Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək fəxri qonaqlardan biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью