COP29a görə metroda bu dəyişiklikər olacaq

07.11.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

COP29-la əlaqədar Bakı metrosunun iş rejiminə dəyişiklik ediləcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, stansiyalar və sahələr üzrə təhkim olunmuş əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd ehtiyac yaranacağı təqdirdə, sərnişin axını istiqamətlərini tənzimləmək və digər zəruri tədbirləri görməkdir.

"11, 12, 13 noyabr tarixlərində Bakı Metropoliteninin stansiyaları səhər saat 5-də işə başlayacaq". Bu fikirləri "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O həmçinin COP29 zamanı qatarlar arasında intervalın 2 dəqiqə olacağını diqqətə çatdırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью