COP29a görə müvəqqəti fəaliyyəti dayandırılan daha iki marşrut bərpa edilir

16.11.2024

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha iki avtobus marşrutunun fəaliyyətini bərpa edir.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, noyabrın 18-dən başlayaraq hərəkət sxemləri bərpa ediləcək marşrutlar 4 və 10 nömrəli marşrutlardır.

“Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək”, - deyə AYNA-nın məlumatında bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью