COP29a görə müvəqqəti fəaliyyəti dayandırılan daha iki marşrut bərpa edilir AZƏRTAC

16.11.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 16 noyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha iki avtobus marşrutunun fəaliyyətini bərpa edir.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, noyabrın 18-dən başlayaraq hərəkət sxemləri bərpa ediləcək marşrutlar 4 və 10 nömrəli marşrutlardır.

“Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək”, - deyə AYNA-nın məlumatında bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью