COP29a hazırlıqla bağlı Dövlət Miqrasiya Xidməti tədbirə qədərki dövr üçün planlaşdırılan …
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkili və keçirilməsi prosesində digər məsələlərlə yanaşı, ölkəmizə gələcək əcnəbilərlə bağlı miqrasiya proseslərinin çevik və əcnəbilərin rahatlığına hesablanmış formada tənzimlənməsi də diqqət mərkəzində saxlanılır.
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən bununla bağlı üzərinə düşən vəzifələrin, Təşkilat Komitəsinin qərarlarının icrası istiqamətində sistemli və kompleks tədbirlər həyata keçirilməkdədir.
DMX tərəfindən COP29 Təşkilat Komitəsi, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə konfransda iştirakla bağlı miqrasiya qeydiyyat prosedurlarının sadələşdirilməsi, məlumatlılığın artırılması, eləcə də ölkəyə giriş-çıxış zamanı qarşıya çıxa biləcək məsələlərin operativ həlli istiqamətində müvafiq işlər görülüb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib.
Xatırladılıb ki, Azərbaycan hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış Sazişə əsasən 15 gün ərzində olduğu yer üzrə qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb.
Güzəştlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qeydiyyatından keçərək COP29 vizası ilə və ya vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur.
Bu tələblərin praktikada tətbiqi, tədbirdə iştirak edən əcnəbilərin maneəsiz səyahət etmələrinin təmini üçün müvafiq informasiya sistemləri üzrə texniki həllər tətbiq edilib.
Tam oxu
Xəbəri oxu