COP29da ABŞ Senatının üzvü Donald Trampı yaşıl enerjidən istifadə təşəbbüslərini dəstəkləm…
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İqlim dəyişikliyinin aktuallığı şəraitində gənclərin qlobal iqlim hərəkatına cəlbi istiqamətində səylər artırılmalıdır”.
APA xəbər verir ki, bunu bu gün COP29 çərçivəsində keçirilən mətbuat konfransında ABŞ Senatının üzvü Edvard Marki deyib.
O, həmçinin ABŞ-də yaşıl enerjiyə dəstək çərçivəsində kampaniyaların keçirildiyini xatırladıb: “Biz ABŞ senatının üzvləri olaraq qalıq yanacaqdan istifadənin zərərləri barədə dəfələrlə çağırışlar etmişik.
Eyni zamanda ölkəmizdə bu növ yanacağın zərərlərinin ictimaiyyətə çatdırılması məqsədilə dəfələrlə kampaniya başladılıb.
Həm mən, həm də bir sıra konqresmenlər dəfələrlə bu istiqamətdə çağırışlar etmişik.
Biz hesab edirik ki, gənclərin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə daha effektiv şəkildə cəlb olunması üçün səylər artırılmalıdır.
Mən belə hesab edirəm ki, iqlim hərəkatı qlobal xarakter almalıdır”.
Tam oxu
Xəbəri oxu