COP29da avtobuslarla 600 mindən çox sərnişin daşınıb

26.11.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 600 mindən çox sərnişin daşınıb.
Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, bu dövrdə 47 min avtobus səfəri, 30 mindən çox taksi səfəri həyata keçirilib.
“Bununla yanaşı, 100-ə qədər əşya tapılaraq sahiblərinə qaytarılıb”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью