Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 21-də COP29 iqlim sammitinin əsas tədbiri platformasında “Nizami” konfrans zalında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) danışıqlar qrupları iştirakçılarının Qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, Qurultayı COP29-un Prezidenti Muxtar Babayev açıb.
O, nazirlərin uzun sürən məsləhətləşmələrinin və müvafiq qrupların işinin nəticəsi olan yekun sənəd layihəsinin hazırlandığını açıqlayıb. M.
Babayev konfransı cümə günü saat 18:00-a qədər başa çatdırmaq məqsədinə nail olmaq üçün Qurultay iştirakçılarını layihəni dəstəkləməyə çağırıb.
Sonra COP29-un baş danışıqçısı Yalçın Rəfiyev sənəd layihəsini Qurultay iştirakçılarına təqdim edib.
O, mətnin 25 səhifədən 10 səhifəyə endirildiyini və sözügedən sənədin bu işdə iştirak edən hər kəsin səyinin məhsulu olduğunu bildirib.
Y.Rəfiyev, həmçinin tərəfləri xüsusilə təsirin yumşaldılması yolunda (iqlim dəyişikliyinin mənfi nəticələrinin azaldılması üzrə tədbirlər) maksimalist yanaşmadan imtina etməyə çağırıb.