COP29da dünyanın daha təmiz gələcəyi ilə bağlı müzakirələr aparılıb AZƏRTAC

16.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da COP29 çərçivəsində Mühafizəkar İqlim Fondunun təşkilatçılığı ilə "Karbon tutulması: daha təmiz gələcək" mövzusunda müzakirələr keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “ClearPath” Vaşinqtonun baş direktoru Ceremi Harrell təmiz enerji və iqlim haqqında danışıb, ABŞ-ın iqlim tədbirlərinin sürətləndirilməsində oynaya biləcəyi rola toxunub.

Digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini verib, eyni zamanda, Azərbaycanın COP-a sədrliyini çox yüksək qiymətləndiriblər.

Tədbirdə, həmçinin enerji mənbələri, nüvə, elektrik avadanlıqlarının getdikcə daha mühüm rol oynayacağı barədə müzakirələr aparılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью