COP29da elan edildi: Universitetlərimiz neçəncidir?

18.11.2024

Icma.az, Sitat.info saytına istinadən bildirir.

COP29-da “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri açıqlanıb.

Axar.az xəbər verir ki, reytinq siyahısını “QS Quacquarelli Symonds” təşkilatı elan edib.

Siyahıda Azərbaycan universitetləri də yer alıb. Belə ki, Bakı Dövlət Universiteti 941-950, Dövlət İqtisad Universiteti 1081-1100, Azərbaycan Neft və Sənayə Universiteti 1351-1400, Bakı Mühəndislik Universiteti 1451-1500, Azərbaycan Memarlıq və İnşaaat Universiteti 1501-ci yerdə qərarlaşıb.

Həmçinin Azərbaycan Texniki Universiteti 1501+, Xəzər Universiteti isə 1501+ yeri tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью