COP29da İqlim və sağlamlıq üzrə Həmsədrlər Koalisiyası yaradıla bilər

18.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqlim və sağlamlıq üzrə daimi Bakı Həmsədrlər Koalisiyasının yaradılması barədə niyyət məktubunun imzalanması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu koalisiyaya Azərbaycan, BMT, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliya rəhbərlik edəcək:

"Bu platforma indiyədək göstərilən bütün səyləri gücləndirməyə və bu istiqamətdə mövcud təşəbbüsləri dəstəkləmək üçün lazım olan hər şeyi təmin etməyə imkan verəcək".

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью