COP29da iştirak edəcək xarici qonaqlar üçün ölkədaxili tanıtım səfərləri təşkil ediləcək

07.11.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Dövlət Turizm Agentliyi noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək xarici qonaqlar üçün ölkədaxili tanıtım səfərləri təşkil edəcək.

Sfera.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu səfərlər 159,4 min manata başa gələcək.

Belə ki, xarici qonaqlar Bakı və regionlardakı muzeylərə, teatr, opera, qalereya, ekoparklara aparılacaq. Onlar üçün Azərbaycan şərablarının dequstasiyası da nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью