COP29da Mavi Zonada müstəmləkə ərazilərinin nümayəndələri hüquqlarının pozulması əleyhinə …
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq. COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquq
Aksiya dənizaşırı ərazilərin sakinləri tərəfindən səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib.
Nümayəndələr bu ərazilərdə müstəmləkə güclərinin zərərli fəaliyyətlərindən yaranan problemlərin həlli ilə bağlı konkret tələbləri öz şüarlarında əks etdiriblər.
Şüarlar arasında “Dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasını dayandırın”, “Zərərçəkən əhaliyə kompensasiya ödənilsin”, “Ətraf mühitə vurulan ziyan bərpa edilsin”, “Yerli xalqların səsini eşidin” və “dənizaşırı ərazilərdə nüvə sınaqlarının təsirləri insanları öldürür” yer alıb.Aksiya iştirakçıları müstəmləkəçiliyin müasir dövrdəki təsirlərinin ciddi şəkildə araşdırılmasını və bu məsələnin beynəlxalq birliyin ciddi addımlar atmasının vacibliyini vurğulayıblar.
Onlar həmçinin, müstəmləkəçilik dövründən sonra da davam edən istismar və hüquq pozuntularına qarşı təcili tədbirlər görməyin vacibliyini bəyan ediblər.
İştirakçılar müstəmləkəçilik əleyhinə daha geniş beynəlxalq həmrəyliyin qurulması və yerli xalqların haqlarının təmin olunması üçün daha güclü siyasi və hüquqi addımlar atılması ilə bağlı çağırış ediblər.Xatırladaq ki, bu, COP çərçivəsində Mavi Zonada Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən birinci aksiyadır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu