Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. COP29 çərçivəsində Mədəniyyət əsaslı İqlim Fəaliyyəti sahəsində 2-ci Yüksək Səviyyəl
APA xəbər verir ki, tədbirdə iqlim dəyişikliyinin təkcə ekoloji deyil, həm də mədəniyyət əsaslı problem olduğu bildirilib.
Eyni zamanda qeyd olunub ki, qlobal istiləşmənin yaratdığı fəsadlar tarixi-mədəni irsə ciddi şəkildə ziyan vurub.
Bu ziyan nəticəsində Türk Dünyasının bir çox ölkələrində tarixi abidələr, mədəni irs məhv olmaq təhlükəsi ilə üzləşib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bəyan edib ki, COP29 tərəflərə həm iqlim dəyişikliyi, həm də mədəniyyət sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir: "Bildiyiniz kimi, beynəlxalq ictimaiyyət COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib.
Biz özümüzün "Yaşıl enerji" gündəliyimizi inkişaf etdirməkdə maraqlıyıq.
Bu tədbir bizə həm iqlim dəyişikliyi, həm də mədəniyyət sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir.
Hazırda biz Dubay gündəliyinin uğurla davam etdirilməsi məqsədlərinə sadiqik.