COP29da PanAfrika İqlim Ədaləti Alyansı mətbuat konfransı keçirib

22.11.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası çərçivəsində Pan-Afrika İqlim Ədaləti Alyansı mətbuat konfransı keçirib.

APA xəbər verir ki, tədbirdə region dövlətlərinin qlobal iqlim gündəliyindəki rolunun artırılması, eləcə də ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata keçidin maliyyələşməsi, iqlim dəyişikliyinə uyğunlaşma və bu sahədə mövcud qeyri-bərabərliklə mübarizənin yolları müzakirə edilib.

İştirakçılar qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini vurğulayaraq, bu məqsədlə planetin həssas təbəqəyə aid əhalisinə dəstək verilməsinin vacibliyini önə çəkiblər. Tədbirdə, həmçinin irəli sürülən bütün təşəbbüslərə beynəlxalq arenada dəstək verilməsinin əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью