COP29da plastik tullantıların idarə olunması ilə bağlı problemlər nəzərdən keçirilib AZƏRTAC

22.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 22 noyabr, AZƏRTAC

COP29 çərçivəsində “İqlim davamlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: problemlərin dərk edilməsi və imkanların axtarışı” mövzusunda tədbir keçirilib.

AZƏRTAC bu barədə Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir.

Əsas məruzə ilə Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev çıxış edərək plastik tullantıların təkcə ekoloji deyil, həm də iqlim problemi olduğunu qeyd edib.

Onun sözlərinə görə, plastikin istehsalı və utilizasiyası əhəmiyyətli dərəcədə istixana qazları emissiyalarına gətirib çıxarır və bununla da karbon qazını artırır.

Tədbir zamanı tullantıların idarə olunması sahəsində innovativ həllərin tətbiqi üçün sektorlararası əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью