COP29da qəbul ediləcək qərarlar bütün dünya üçün uğurlu olacaq Türk nazir

13.11.2024

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əlaqələrin genişlənməsi, onların yaxınlaşması baxımından çox vacibdir".

Bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum COP29 çərçivəsində Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun açılış mərasimində bildirib.

"COP29-da qəbul ediləcək qərarların bütün dünya üçün uğurlu olacağına inanıram. Şəhərlərimizdə qaz emissiyalarının azalması və daha yaşamalı yerlərin olması üçün mübarizə aparırıq", - deyə qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью