COP29da quraqlıqla mübarizədə mühüm irəliləyiş əldə olunub Nazir | Icma.az
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda COP29 çərçivəsində torpaqların deqredasiyası, səhralaşma və quraqlıq problemlərinin həlli ilə bağlı mühüm irəliləyiş əldə olunub.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ər-Riyadda keçirilən COP16 çərçivəsində “Torpaqların bərpası və quraqlığa qarşı dayanıqlılığın artırılması üçün dövlət və özəl maliyyənin səfərbər edilməsi” mövzusunda Maliyyələşmə üzrə Nazirlər Dialoqunda çıxışı zamanı bildirib.
"Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası elm və siyasət platformasının məlumatlarına görə, torpaqların deqredasiyası, səhralaşma və quraqlıq hər il qlobal iqtisadiyyata təxminən 10 trilyon dollar ziyan vurur.
Bu problemlər ekosistemlərə, qida təhlükəsizliyinə və icmaların rifahına ciddi təsir göstərir.
Bakıda COP29 çərçivəsində bu çağırışların həllində mühüm irəliləyiş əldə etdik.
Əsas nailiyyətlərdən biri İtki və Zərər Fondunun fəaliyyətə başlaması oldu.
Bu fond iqlim dəyişikliklərindən, o cümlədən, quraqlıqlardan ən çox təsirlənən ölkələrə vacib maliyyə dəstəyi göstərəcək.
Tam oxu
Xəbəri oxu