Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
COP29 çərçivəsində "Şəffaflıqda Gender" adlı yüksək səviyyəli tədbir keçirilib.
APA xəbər veriri ki, tədbirin moderatoru BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin üzvü, professor Rangita de Silva de Alwis olub.
COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də iqlim bərabərliyinin təməl daşıdır: "Qadınlar və gənc qızlar xüsusilə həssas vəziyyətdədir.
Qadınlar və qızlar iqlim problemlərinin həllində davamlılıq, innovasiya və liderlik nümayiş etdirərək həll yollarının önündədirlər.
İqlim problemləri milyonlarla insanı aclıq içində yaşamağa məcbur edir. Biz qadınların cəmiyyətdə rolunun artırılmasını vacib sayırıq.
Gender komponentlərinin şəffaflıq prosesində iştirakını gücləndirməliyik. Şəffaflıq hesabatları bu ilin sonunadək təqdim edilməlidir.
Gəlin, "Lima Tədbirlər Planı" əsasında müəyyən olunmuş prinsiplərə əməl edək".