COP29da türk dövlətləri QHTlərinin birgə iqlim təşəbbüslərinə dair forum keçirilib | Icma.…
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
COP29 çərçivəsində noyabrın 18-də Yaşıl zonada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçi statusa malik 8 ölkədən olan QHT-lərin birgə iqlim təşəbbüslərinə dair forum keçirib.
İnsan kapitalına dair “Türk ölkələrinin iqlim təşəbbüsü Forumu” Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Foruma Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistandan olan vətəndaş cəmiyyəti təsisatlarından nümayəndələr qatılıblar.
Tədbirdə çıxış edən “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, türk dövlətlərinin birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığını gücləndirmək tədbirin əsas müzakirə mövzularından biridir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında son dövrlər Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsində olduğunu deyib.
Qeyd olunub ki, bu gün türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf edir.
Tarixdən gələn bir sıra bağlılıqlar və vətəndaş cəmiyyətlərinin qarşılıqlı əməkdaşlığı ölkələri daha da birləşdirir.
Tam oxu
Xəbəri oxu