COP29da üç mühüm SƏNƏD imzalandı

12.11.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb.
Bizim.Media xəbər verir ki, bunu COP29-un Prezidenti, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Öhdəliklərdən fəaliyyətə: İtki və Zərərlərə Cavab Verən Fondun fəaliyyətinin optimallaşdırılması" mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, artıq İtki və Zərərlərə Cavab Verən Fond maliyyə ayırmağa hazırdır:
“Əvvəlki öhdəliklərini yenidən təsdiq edən ölkələrə minnətdarlığımızı bildiririk. Bu irəliləyiş, bizə öhdəlikləri real dəstəyə çevirmək imkanı verir. Bu, həssas ölkələr üçün vacib bir qələbədir, illərlə davam edən işin nəticəsidir".
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью