COP29da uşaqlar üçün iqlim fəaliyyətində investisiya adlı tədbir keçirildi FOTO | Icma.az
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində “İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: Uşaqlar üçün iqlim fəaliyyətinə İnvestisiya" adlı tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, UNICEF ilə birgə keçirilən tədbirdə çıxış edən spikerlər maliyyə boşluqlarının bağlanması və uşaqlar üçün iqlim fəaliyyətinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
"Bu gün biz burada təkcə iqlim dəyişikliyinin uşaqlara necə təsir etdiyindən yox, həmçinin bizim bu xüsusda görə biləcəyimiz tədbirlərdən danışacağıq", - UNICEF-in Baş direktor müavini Kitty van der Heijden deyib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpadarai iqlim dəyişikliyinin və onun yaratdığı problemlərin müxtəlif sahələrdə uşaqların həyatına necə təsir etdiyi barədə danışıb.
UNICEF-in Bəlucistanın Hub şəhərindən olan iqlim dəyişikliyi üzrə çempionu, Pakistanı COP29-da təmsil edən ən gənc nümayəndələrdən biri olan Zunaira öz çıxışında bildirib ki, o, bütün uşaqların adından dayanıqlı gələcək tələb edir: "Mən burada bütün dünya uşaqları adından dayanıram.
Bizim təhlükəsiz, sabit və dayanıqlı bir gələcəyə ehtiyacımız var və buna layiqik.
Sizdən uşaqları qoruyan, təhsilə üstünlük verən və iqlim fəaliyyətində sülhün vacibliyini tanıyan siyasətlərə önəm verməyinizi tələb edirik".
Tam oxu
Xəbəri oxu