Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində üzvi tullantılar sektorunda metan emissiyalarının azaldılması haqqında bəyannamə qəbul ediləcək.
“Report” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.
Onun sözlərinə görə, bəyannamə ölkələri gələcək Milli səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində qida tullantıları üzrə sektoral hədəflər hazırlamağa məcbur edir: "Metan emissiyalarının azaldılması strategiyalarının NCQG-yə daxil edilməsində ölkələrə dəstəyə görə Martina Otto, İqlim və Təmiz Hava Koalisiyası və BMT-nin Ətraf Mühit Proqramına (UNEP)təşəkkürümü bildirirəm.
30-dan çox ölkə bəyannaməni dəstəkləyib", - deyə o qeyd edib.
Baş danışıqçı qeyd edib ki, bəyannamə həm də daha geniş təsirlərin azaldılması üzrə tədbirlər paketinin bir hissəsidir: "Bura enerji saxlanması, şəbəkələr, “yaşıl enerji” zonaları və dəhlizləri, hidrogen enerjisi, rəqəmsallaşma, şəhərlər və turizm üzrə öhdəliklər və bəyannamələr daxildir".
Bizim Telegram kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.