Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda keçirilən COP29 tədbiri çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Xəzər dənizi və Davamlı İnkişaf: Ətraf Mühitin Mühafizəsi" mövzusunda tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji mütəxəssislər və beynəlxalq ekspertlər iştirak ediblər.
Konfransda Xəzər dənizinin ekoloji vəziyyəti, mövcud təhlükələr, perspektivlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparılıb.
Tədbirin açılışında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və iqlim dəyişiklikləri üzrə COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai çıxış edərək, Xəzər dənizinin qorunmasının regional və qlobal əhəmiyyətini vurğulayıblar.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Xəzər dənizinin gələcəyinin insanların birliyindən asılı olduğunu bildirib: "Xəzər dənizinin gələcəyi bizim birliyimizdən, cəsarətimizdən və bu gün daha yaxşı sabah üçün fürsət yaratmaq istəyimizdən asılıdır",- o bildirib.
İqlim dəyişiklikləri üzrə COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai Xəzər dənizinin çoxtərəfli əhəmiyyətindən danışıb: "İqlim dəyişikliyinin təsirini və Xəzər dənizinin bu xüsusda həssaslığını hər gün öz gözlərimizlə görürük.
Xəzər dənizi unikaldır. Dünyanın ən böyük daxili su hövzəsidir, Azərbaycan və region üçün vacib bir sərvətdir.