COP29da Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olundu | Icma.…
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Xəzərlə tanışlıq: Tehran Konvensiyası vasitəsilə iqlim dəyişikliyinin təsirləri altında sahil dayanıqlılığının və biomüxtəlifliyin qorunması" mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri müzakirə olunub.
Bildirilib ki, ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və bu kimi digər amillərlə bağlıdır.
Xəzərə daxil olan tullantı sularının 60 faizinin Volqa çayının payına düşməsi, dəniz sularının çirklənməsində Kür və Ural çaylarının da az rol oynamadığı vurğulanıb.
Qeyd edilib ki, Tehran Konvensiyası kimi tanınan saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Azərbaycanın müraciəti əsasında hazırlanmış işçi sənəddə Xəzər dənizinin səviyyəsindəki tərəddüdlər və iqlim dəyişikliyinin bu prosesə təsiri diqqət mərkəzinə salınıb: "Sənəddə qeyd edilir ki, Xəzər dənizinin səviyyəsi azalır və yaxın 50 ildə daha çox azalma ehtimalı var.
Bu da ətraf mühitə, iqtisadiyyata, infrastruktura və sahilyanı dövlətlərin davamlı inkişafına mənfi təsir göstərə bilər.
Tam oxu
Xəbəri oxu