Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bayram Aslanov, YAP İdarəHeyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Noyabrın 11-də müstəqil Azərbaycanın paytaxti Bakıda reallaşan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ictimaiyyətinin nəzərini iqlim dəyişikliklərinin yaratdığı fəsad və problemlərə yönəldərək, uğurlu nəticələrlə yadda qaldı.
Planetimizin, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq hər kəsi narahat edən qlobal problemlərin müzakirə və həll edildiyi, Bakıda həyata keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yüksək qiymətləndirildi.
Mötəbər tədbirdə iştirak edən dövlət başçılarının, rəsmi şəxslərin çıxışlarında, müsahibələrində, dünya mətbuat orqanlarında dərc olunan yazılarda bu daha aydın göründü.
COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın, etibarın göstəricisi idi.
Bir çox dünyaəhəmiyyətli tədbirlərə evsahibliyi edən Azərbaycan öhtəsinə düşən məsuliyyətli işin öhdəsindən layiqincə gəldi.
Bəli, “yaşıl gündəliy” ilə müasir dövrün nəbzini tutan ölkəmiz uzaqgörənliklə, inamla dünyamızın sabahı, xoş gələcəyi üçün öz töhfələrini verir.
“COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir.