COP29un beşinci günündə Yaşıl artım portalının təqdimatı olub

15.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) beşinci günündə Yaşıl Zonada növbəti tədbir baş tutub.

Oxu.Az xəbər verir ki, Ticarət və İnvestisiya Pavilyonunda keçirilən tədbirdə "Yaşıl artım portalı"nın təqdimatı olub.

Portal Azərbaycan İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanıb.

Təqdimata Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da qatılıb.

Şəhriyar Səmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью