COP29un ikinci günü: Yaşıl Zonada tədbirlər yoqa təlimi ilə başladı

12.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə Yaşıl Zonada tədbirlərə "Jess ilə yoqa sessiyası" ilə start verilib.

"Cebheinfo.az" xəbər verir ki, təlim zalı iştirakçılarla dolu idi. Ecazkar musiqi altında insanlar təlimçinin göstərişlərinə əməl edir və bundan zövq alırdılar.

Qeyd edək ki, təlimi keçirən Jess Silva İngiltərənin "Carbon Jacked" ekoloji və "Second Nature Sisters" inkişaf təşkilatlarının aparıcı şərhçisi və həmtəsisçisi, dünyaca tanınmış yoqa təlimçisidir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью