COP29un iştirakçısı: Qlobal istiləşmədən əziyyət çəkən ölkələrə fərqli yanaşma tələb etmək üçün Bakıda toplaşmışıq AZƏRTAC

21.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

“Malinin bir çox ekoloji problemi var, xüsusən səhralaşma və ərzaq təhlükəsizliyi ilə bağlı. Biz uyğunlaşmaq imkanı olmayan kasıb ölkələr üçün problem yaradan bu faktorlar üzərində işləyirik. Lakin yoxsulluq içində necə uyğunlaşa bilərik? Məhz buna görə də qlobal istiləşmədən əziyyət çəkən ölkələrə fərqli yanaşma tələb etmək üçün buraya gəlmişik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Malidən olun iştirakçı xanım Aminata Diallo söyləyib.

O, Azərbaycanı çox bəyəndiklərini, insanların qonaqpərvər olduqlarını diqqətə çatdırıb: “Mən Azərbaycanı COP29-un keçirilməsinə görə təbrik edirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью