Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qərbin anti-Azərbaycan dairələrinin, onların nəzarətində olan şəbəkənin, erməni lobbisi və ermənipərəst qüvvələrin COP29-un gözdən salınmasına yönəlmiş məqsədyönlü fəaliyyəti göz önündədir.
Azərbaycan bacardığı qədər Qərbin bu fəaliyyətini ifşa etməyə çalışıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın COP-a ev sahibliyi etməyə başladığı gündən bəri biz bu kampaniyanı görmüşük.
Ermənipərəst qüvvələr və bir sıra digər dövlətlər Azərbaycana qarşı kampaniyaya başlamışdılar.
Deputat hesab edir ki, onlara ən yaxşı cavab cənab prezidentin cavabı oldu ki, “mənim onlara pis xəbərim var, Azərbaycan artıq bu tədbiri keçirdi”.
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq”-deyə deputat bildirib.
Ceyhun Məmmədov İfşa məsələsinə gəldikdə, deputat qeyd edib ki, bununla bağlı ötən dövrdə həm yerli, həm xarici mətbuatda Azərbaycan fəal bir iş apardı: “Xüsusilə, COP-un keçirildiyi müddətdə bu qüvvələri ifşa edəcək çox sayıda açıqlamalar verildi.