COP29un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb Xəbər saytı Son xəbərlər və Hadisələr

08.11.2024

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29-un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.

O bildirib ki, işlər tam yekunlaşdıqdan sonra məkan BMT-yə təhvil veriləcək: "Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır. Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью