Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayırlar.
***08:44
Bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) liderlər sammitinin açılış mərasimi keçiriləcək.
"Unikal" xəbər verir ki, açılış mərasimi bir azdan canlı yayımlanacaq.