COP29un liderlər sammiti başladı FOTOLAR (YENİLƏNİB)

12.11.2024

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti başlayıb. 

"Unikal" xəbər verir ki, hökumət və dövlət rəsmiləri xatirə fotosundan sonra tədbirin keçirildiyi zala daxil olurlar.

***09:09

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayırlar.

***08:44

Bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) liderlər sammitinin açılış mərasimi keçiriləcək.

"Unikal" xəbər verir ki, açılış mərasimi bir azdan canlı yayımlanacaq.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью