COP29un liderlər sammiti: İlham Əliyev çıxış edir CANLI YAYIM

12.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.

Moderator.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.

Qeyd edək ki, COP29-un Liderlər Sammiti iki gün davam edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью