COP29un liderlər sammitinin açılışı: Prezident çıxış edir CANLI

12.11.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.

Qeyd edək ki, Liderlər Sammiti iki gün davam edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью