Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Dünya əhalisinin yarısından çoxu şəhər ərazilərində yaşayır.
Bu sayın 2050-ci ilə qədər 70 faizə yaxın artmağı proqnozlaşdırılır.
Gələn 5-7 il ərzində isə şəhərdə yaşayan əhali sayının 500 milyondan çox olması gözlənilir.
Bunu COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib.
O qeyd edib ki, karbon emissiyalarının atmosferə buraxılmasının 70 faizi şəhərlərin payına düşür: “Bu emissiyalar daha çox şəhər ərazilərindəki nəqliyyat və binalardan atmosferə daxil olur”.(azərtac) Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.